“Vaşinqton sonda bütün dünyanı özünə qarşı qaldıracaq”
Tarix: 10.07.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“ABŞ, özünü dünyanın universal ədalət nümunəsi sayaraq
başqa dövlətlərin daxili işlərinə müdaxilə edir, özünə sərf
etməyən dövlətlərə sanksiya tətbiq edir. Təbii ki, bütün
bunlar Vaşinqtonun “kor eqoizmi” ilə bağlıdır”


Fransalı analitik və yazıçı-jurnalist Qiyom Fay Amerikanın son illərdə yürütdüyü xarici siyasətini kəskin tənqid edib. O, “Novopress.info” internet xəbər portalına yazdığı məqalədə iddia edir ki, imkanlarını həddən artıq şişirdən müştəbeh ABŞ hələ də özünü dünyanın ağası sayır.
Yazıçı jurnalistə görə, ABŞ Rusiyanı hərbi təzyiq və sanksiyalarla qorxudaraq dünya liderliyini qorumağa çalışır. Ekspertə görə, Vaşinqtonun bu strategiyası yersiz və intihardır. Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn də ölkəsinin hərbi strategiyasını tənqid etmişdi. Makkeynin fikrincə əldə olan vasitələr ABŞ-ın məqsəd və hədəflərini icra etməyə kifayət etmir: “Bu isə, o deməkdir ki, ABŞ qalib gəlmir və nəticə etibarı ilə məğlub olur”. Con Makkeyndən fərqli olaraq Qiyom Fay öz məqaləsində daha çox ABŞ-ın Rusiyaya qarşı yürütdüyü strategiyaya yer verir. O yazır ki, Vaşinqton dünyadakı qlobal liderliyini saxlamaq üçün Moskvaya təsir göstərməyə çalışır. Fransalı analitikə görə, Vaşinqton Rusiyanın Avropa ilə əməkdaşlığının qarşısını almaq üçün hər vasitədən istifadə edərək, belə bir fikir təlqin etməyə çalışır ki, Avropa Birliyinə həm hərbi, həm də iqtisadi sahədə ABŞ himayədarlıq edir. Fayın fikrincə, belə bir hərbi strategiya uğur qazan bilməz: “Belə siyasətin tətbiqi ABŞ-ın da maraqlarına uyğun deyil və Vaşinqton sonda bütün dünyanı özünə qarşı qaldıraraq təcrid olunacaq”.
Qiyom Fayın ABŞ-ın xarici siyasəti barədə fikirləri də xüsusi önəm kəsb edir. Analitikə görə, Vaşinqtonun bu istiqamətdəki fəaliyyəti əməkdaşlıqdan daha çox, dünya hegemonluğuna yönəlib . Bəlkə də elə bunun nəticəsidir ki, son onilliklər məğlubiyyətlər, iğtişaşlar və kollektiv təhlükəsizlikdən uzaq hadisələrlə müşahidə edilməkdədir: “ABŞ, özünü dünyanın universal ədalət nümunəsi sayaraq başqa dövlətlərin daxili işlərinə müdaxilə edir, özünə sərf etməyən dövlətlərə sanksiya tətbiq edir. Təbii ki, bütün bunlar Vaşinqtonun “kor eqoizmi” ilə bağlıdır”.
Fransalı ekspertin fikrincə, ABŞ-ın əsl dostları onu inandırmalıdırlar ki, Rusiyaya hücum etmək, onu təhrik etmək - çox pis ideya, uduzulmuş gedişdir: “ABŞ, Avropa və Rusiya arasında razılıq əldə edilməlidir. ABŞ hökuməti isə müasir reallığa uyğun olmayan dünya hegemonluğu fantaziyasından imtina etməlidir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info