Qusarın Əcəxuroba kəndinə ilk dəfə təbii qaz verilib
Tarix: 10.07.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Qusar rayonunun Əcəxuroba kəndinin qazlaşdırılması başa çatdırılaraq 63 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Dünən Əcəxuroba kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Əcəxuroba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2 min 600 metr polietilen, eləcə də 5 min 600 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 31-ə çatıb. Hazırda rayonda əhalinin 57 faizi “mavi yanacaq”dan istifadə edir. Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun Yuxarı Zeyxur, Kuxuroba, Ləcət və Suduroba kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. Ümumilikdə isə bu ilin sonunadək şimal bölgəsinin dörd rayonunda (Qusar, Quba, Xaçmaz və Şabran) 60-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması işləri yekunlaşacaq. Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info