Doğum səviyyəsi Almaniyanın gələcəyini təhdid edir
Tarix: 10.07.2015 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Almaniya əhalisinin sayına görə ən az doğum faizinə və uşaq sayına malik ölkədir
Almaniyada ixtisaslı kadr çatışmazlığının olması faktını hər zaman eşitmək mümkündür. Ancaq bu fakt bir reallığı da özündə gizlədir ki, bu da Almaniyanın dünyanın ən az uşaqlı ölkələrindən biri olmasıdır. Bu, bir faktdır ki, hazırda Avropanın deyil, dünyanın ən az uşaq sayına malik olan ölkə Almaniyadır. Çox az sayda uşaq doğulması Almaniyanı investisiya ölkəsi kimi də təhdid edir.
“Unternehmensberatung BCG” şirkətinin hesabatı Almaniyada doğum faizi ilə bağlı təəccüblü rəqəmlər ortaya qoyur. Hesabata görə, Almaniya əhalisinin sayına görə ən az doğum faizinə və ən kiçik uşaq sayına malik ölkədir. Almaniyada hər 1000 qadına sadəcə 8,2 doğum düşür. Bu faiz indiyə qədər ən aşağı doğum faizinə sahib olan Yaponiyanı da geridə qoyur. Yaponiyada 1000 qadına düşən doğum 8,4 təşkil edir. Ümumiyyətlə, Avropada Almaniya qədər olmasa da Portuqaliya, İtaliya kimi ölkələrdə də doğum faizi aşağıdır. Belə ki, Portuqaliyada bu rəqəm 9, İtaliyada isə 9,3-dür. Dünyada ən yüksək doğum faizi isə Afrika ölkələridir ki, Nigeriyada bu rəqəm 50 təşkil edir. Uşaq sayında, yəni doğum faizindəki bu xəbərdarlıq Almaniyanın iqtisadi gələcəyini də təhdid etməkdədir. Hesabatda qeyd edilir ki, real rəqəmlər narahatlıq doğurur. Qarşıdakı 15 il içərisində Almaniyada təxminən 7 milyon iş yeri ləğv olunacaq.
Ümumiyyətlə, Almaniyada əhalinin getdikcə yaşlandığı və ölkəyə gələn mühacirlərin belə, əhalinin gəncləşməsinə yardım etmədiyi ölkənin gündəmdən düşməyən müzakirə mövzularından biridir. Xristian Demokrat Partiyasının(CDU) gənclər təşkilatı “Die Junge Union” maraqlı təkliflə çıxış edib. CDU yeni evlənən cütlüklərə və uşağı olmasını istəməyən ailələrə “1000 avro başlanğıc yardım” edilməsi təklifini irəli sürüb. Onların fikrincə, bu təklif ailələri uşaq sahibi olmağa sövq edə bilər. CDU həmçinin bildirib ki, uşaqsız ailələr daha çox vergi ödəsinlər. Bununla bağlı Almaniyada təqaüd və ailə siyasətində siyasi dəyişikliyə gedilməsini müdafiə edən CDU-dan olan gənclər Almaniyada bu istiqamətdə çox müzakirələr aparılsa da reallıqda heç bir addımın atılmadığını deyiblər. Onların fikrincə, konkret olaraq valideynlərə ödənəcək olan “Starterpaket” ailələri uşaq dünyaya gətirməklə bağlı təşviq edə bilər və bu 1000 avro hər doğulan uşaq üçün valideynlərə birdəfəlik ödənəcək. “N-tv.de” adlı xəbər saytının xəbərinə görə, büdcəyə 680 milyon avroya başa gələcək təklif baha olsa da, Almaniyanın ən önəmli problemi olan uşaq azlığını aradan qaldırar. “Junge Union” rəhbəri Ziemiakın fikrincə, uşaqsız ailələrə tətbiq ediləcək vergi, əks tərəflə, yəni uşaqlı ailələrlə bərabərsizlik yaratmayacaq, çünki uşaqlı ailələrin daha çox xərcləri var. Bu baxımdan həmin vergi bərabərsizliklə bağlı bir addım olaraq nəzərdə tutulur. Ümumiyyətlə, Almaniyada 40-44 yaş qrupundakı qadınların 22 faizinin uşağının olmadığı, 1990-cı illərdə eyni yaş qrupundakı uşaqsız qadınların sayının ikiqat artdığı göstərilir. 1964-cü ildə ölkədə 1,4 milyon doğum gerçəkləşirdisə, 1991-2012-ci illərdə doğum sayı sürətlə düşüb. Uşağı olmayan qadınların ən çoxu 32 faizlə Hamburq əyalətində yaşayırlar. Hətta Almaniyanın qərbində 45-49 yaş arasındakı qadınların 30 faizi uşaqsızdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info