Pakistan Senatının komitə sədri: «Azərbaycan strateji mövqeyə malik dövlətdir»
Tarix: 30.01.2013 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


“Ölkəniz beynəlxalq terrora qarşı mübarizədə öncüllərdəndir,
buna çox şadıq”

“Azərbaycan Pakistanla dost, qardaş ölkədir və bu münasibətlər hər gün inkişaf etməkdədir”. Bu açıqlamanı Pakistan Senatının Müdafiə və müdafiə sənayesi komitəsinin sədri Mücahid Hüseyn Sayed verib. Cənab Sayedin dediyinə görə, Azərbaycanla münasibətlərin daha da inkişaf etməsi üçün 3 əsas prioritet istiqamət müəyyən edilməlidir:
“Birincisi iqtisadi-ticarət münasibətləridir. Pakistan və Azərbaycan çalışmalıdır ki, qarşılıqlı investisiya proqramları ilə çıxış etsinlər və biznes layihələrini gerçəkləşdirsinlər. Çünki bu cür dost münasibətlər olduğu halda Pakistanla Azərbaycan arasında illik ticarətin həcmi olduqca azdır. İkincisi, mədəni əlaqələrdir ki, bu istiqamətdə də önəmli addımlar atılmalıdır. Bura təhsil sahəsində tələbə-müəllim mübadiləsini xüsusi əlavə edərdim. Üçüncüsü, beynəlxalq əlaqələrdir. Azərbaycan Qərblə Şərq arasında bir qapıdır. Çox strateji bir mövqeyə malikdir. Düzdür, Pakistan və Azərbaycan hər zaman bir-birini dəstəkləyib. Bu, təqdirəlayiq haldır. Fikrimcə istər BMT, istərsə də digər beynəlxalq qurumlarda hər iki dövlət daha dinamik münasibətlər formalaşdırmalıdır”. Senatorun fikrincə, ekstremizmə və terrorçuluğa qarşı birgə mübarizə də əslində əsas istiqamətlərdən biri olmalıdır: “Azərbaycan dünyəvi dövlətdir, ölkəniz beynəlxalq terrora qarşı mübarizədə öncüllərdəndir və biz, buna çox şadıq. Bu sahədə də əməkdaşlığımız inkişaf etdirilməlidir. Bundan başqa Azərbaycanla Pakistanın enerji və təhsil sahəsində birgə layihələr həyata keçirməsi də zəruri və lazımlıdır”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info