Mingəçevir İsrailin Afula şəhəri ilə qardaşlaşıb
Tarix: 10.07.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Dünən Mingəçevir şəhəri ilə İsrailin Afula şəhəri arasında qardaşlaşma haqqında müqavilə imzalanıb. Əvvəlcə israilli qonaqlar və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sənədin imzalanması mərasimində çıxış edənlər hər iki şəhərin tarixi, coğrafi mövqeyi, əhalisi və ifrastrukturu barədə məlumat verib, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər haqqında geniş məlumat verərək bildirib ki, Mingəçevirdə iri maşınqayırma, kimya və energetika müəsissələri fəaliyyət göstərir. Şəhərdə turizm üçün geniş imkanlar mövcuddur. N.Bayramov vurğulayıb ki, bu müqavilənin imzalanması hər iki tərəf üçün faydalı olacaq. Afula şəhər merinin müavini Mixail Barkan bu əməkdaşlığın əsasən mədəniyyət sahəsini əhatə edəcəyini bildirib. Mərasimdə diqqətə çatdırılıb ki, İsrailin şərqində yerləşən və 47 min nəfər əhalisi olan Afula şəhəri ilə digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur. Sonra hər iki şəhərin rəhbərliyi qardaşlaşma haqqında müqaviləni imzalayıblar. Qarşılıqlı xatirə hədiyyələri təqdim edilib. Daha sonra qonaqlar şəhərin bir sıra görməli yerləri ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info