Rusiyalı jurnalisti Azərbaycanda nə heyrətləndirib?
Tarix: 10.07.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədə idi. Bu, Olimpiya Oyunlarına bənzəyirdi”. Bu sözləri Rusiyanın “RİA Novosti” qrupuna daxil olan “P.cport” idman xəbər saytının müxbiri Semyon Qalkeviç qəzetimizə bildirdi.
Semyon Qalkeviç “Bakı-2015”in idman arenalarında jurnalistlər üçün yaradılan şəraitdən razılıq etdi: “İlk gəldiyim gündən Bakının gözəlliyi məni valeh etdi. Media Kəndində yaradılan şərait də çox yaxşı idi. Ümumiyyətlə, təşkilatçılıqdan çox razı idik. Şəhəri gəzməyə vaxtım olmasa da, yol boyu gördüklərim məndə Bakı haqqında gözəl təəssürat doğurdu”.
Rusiyalı jurnalist vurğuladı ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm idi: “Bakı-2015” beynəlxalq media məkanında nadir idman hadisəsi adlandırılır. Qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi Azərbaycan coğrafi mövqeyi ilə hər zaman dünyanın marağını özünə cəlb edə bilib. Bu mühüm amil birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin, Milli Olimpiya komitələri prezidentlərinin, görkəmli mədəniyyət və idman xadimlərinin iştirak etməsi ilə bir daha təsdiqini tapdı.”
Semyon Qalkeviçi ölkəmizdə olarkən onu ən çox İçərişəhərin qədimiliyi, “Alov qüllələri”nin müasirliyi, Bakı bulvarı heyrətləndirib: “Məni həm də sevindirən Azərbaycanda çoxlu sayda rus millətinin yaşamasıdır. Düzü, mənim heç bundan xəbərim yox idi. Bununla yanaşı, Azərbaycanda insanlar rus dilində sərbəst danışa bilirlər. Bütün bunlar mənim Azərbaycana olan sevgimi daha da artırdı. Azərbaycan yeməkləri də çox dadlıdır. Sizin düşbərəni görəndə bizim pelmeni yadıma düşdü. Bu eynilik də mənim diqqətimi çəkdi”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.07.2015
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi yüksək idi
22.07.2015
Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi
21.07.2015
Pavol Kopp: «Birinci Avropa Oyunları unudulmazdır»
21.07.2015
Beate Şrott: «Bakı mənə “London-2012”ni xadırlatdı»
21.07.2015
Ruslan Savloxov: «Avropaya bu formatda yarışlar lazım idi»

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info