Fransalı jurnalist: “Bakı-2015” məndə xoş təəssürat yaradıb”
Tarix: 10.07.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Azərbaycanda idmana böyük maraq göstərildiyinin şahidi oldum. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bunun bariz nümunəsidir”.
Bu fikri qəzetimizə özəl olaraq Fransanın “Action Productions” media kompaniyasının baş redaktoru Lüdovik Mauchien dedi.
“Bakı-2015”in təşkilatçılığını bəyəndiyini deyən Lüdovik Mauchien yarışların onda xoş təəssürat yaratdığını bildirdi: “Xüsusən qaliblərin təqdimetmə mərasimi çox gözəl keçirilirdi. Mən əsasən taekvondo və karate yarışlarını izləyirdim. Baxmayaraq ki, bu idman növləri Şərqdə yaranıb. Sizin ölkənizdə də taekvondo və karateyə böyük maraq var. Azarkeşlər idmançıları böyük əhval-ruhiyyə ilə alqışlayırdılar”.
Fransalı jurnalist “Bakı-2015”in Avropada idmanın inkişafına böyük təkan olacağına ümid edir: “Çox faydalı oyunlar idi. Bu Oyunlarda gənc idmançıların özlərini göstərmələri üçün çox gözəl imkanlar var idi”.
Lüdovik Mauchien üçüncü dəfə idi ki, Azərbaycanda olduğunu dedi: “Azərbaycanda taekvondo və karate ilə bağlı keçirilən iki beynəlxalq yarışı izləmişdim. Üçüncü gəlişim isə ilk Avropa Oyunları ilə bağlı idi. Yenidən Azərbaycana gəlmək mənim üçün çox xoş oldu. Mənim azərbaycanlı taekvondoçu və karateçi dostlarım var. Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevlə dostuq. İlk Avropa Oyunlarının qalibi Rafael Ağayevlə çox sıx dostluğum var. Onunla 10 ildən çoxdur ki, bir-birimizi tanıyırıq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.07.2015
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi yüksək idi
22.07.2015
Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi
21.07.2015
Pavol Kopp: «Birinci Avropa Oyunları unudulmazdır»
21.07.2015
Beate Şrott: «Bakı mənə “London-2012”ni xadırlatdı»
21.07.2015
Ruslan Savloxov: «Avropaya bu formatda yarışlar lazım idi»

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info