Kənan Yavuz: “SOCAR Türkiyənin ən böyük xarici investoru olmaqdan qürur duyur”
Tarix: 10.07.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Qars, Ceyhan və Əliağa bölgələrindəki Heydər Əliyev adına texniki peşə liseylərinin inşasına 40 milyon dollar sərmayə yatırıb və qardaş ölkənin peşə təhsilinə öz töhfəsini verib.
Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz öz “Facebook” səhifəsində məlumat verib. Bildirilir ki, bu il martın 17-də Azərbaycan Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars şəhərində Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub. SOCAR tərəfindən bu müasir texniki-peşə liseyinə 18 milyon dollar investisiya qoyulub. 2011-ci il oktyabrın 25-də İzmir şəhərinin Əliağa qəsəbəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan Heydər Əliyev adına texniki-sənaye peşə liseyinə isə SOCAR 10 milyon dollar sərmayə yatırıb. SOCAR Ceyhanda inşası tamamlanan Heydər Əliyev adına texniki-peşə liseyinə və İzmitdə tikintisi davam etdirilən "Petkim" ibtidai məktəblərinə isə 12 milyon dollar investisiya qoyub. "SOCAR 20 milyard dollar sərmayə ilə Türkiyənin ən böyük xarici investoru olmaqdan və qardaş ölkənin peşə təhsilinə verdiyi töhfələrdən qürur duyur", - deyə K.Yavuz qeyd edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Azeri Light”ın bir barreli 62,61 dollara satılır
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info