Yaponiya şirkətləri SOCAR-ın layihələrində iştirak etmək istəyir
Tarix: 10.07.2015 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Yaponiyanın İNPEX şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində iştirakı və AÇG üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyada səfərdədir. Səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə yapon şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır. Səfər çərçivəsində SOCAR-ın prezidenti R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan İNPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə İNPEX şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara, AÇG və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri - BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak ediblər. İNPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR-ın mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib. SOCAR-ın nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info