“Dövlət qulluğu ilə bağlı müsabiqələr tam şəffaf və obyektiv keçirilir” (Yenilənib)
Tarix: 10.07.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Dövlət Qulluğu sahəsində Regional Xabın birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov açıb. O, çıxışında bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısı alınıb: “Dövlət qulluğu sahəsində artıq şəffaflığı təmin edə bilmişik. Biz eyni zamanda, 2014-cü ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparırıq. Baxmayaraq ki, burada müəyyən problemlər var. Belə görüşlər həm bizim üçün, həm də bizim qonaqlar üçün çox faydalı olacaq. Bu konfransda bizim yeni qonaqlarımız var. Konfransın təşkilində göstərdiyi dəstəyə görə Avropa İttifaqına öz təşəkkürümü bildirirəm”.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə BMT-nin birgə inkişaf layihəsi üzrə əməkdaşlığın 2006-cı ildən davam etdiyini söyləyib: “Bu əməkdaşlıq davam etməlidir. Avropa İttifaqının ikiillik layihəsi əsasında Azərbaycanda dövlət qulluqçularının təkmilləşdirilməsi işi davam etdiriləcək”.

Jeroen Villems:
“Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Sektorunun rəhbəri Jeroen Villems qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir: “Bu mənada Avropa İttifaqı öz qonşuluq siyasətini yeniləməkdədir. Bu yeni siyasət hazırda formalaşmaqdadır. Ölkələrin qarşılıqlı maraqlarında olan sahələrə diqqət artırılmalıdır. Azərbaycanla münasibətlərə fərqli yanaşma əlaqələrin inkişafına təsir göstərəcək. Keçən il biz viza ilə bağlı saziş imzalamışıq. Biz hazırda strateji tərəfdaşlıq barədə sazişi nəzərdən keçiririk. Biz bu qurumların potensialının artırılmasına diqqət ayırırıq. Dövlət qulluğunda insan resurslarının artırılması çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq edirik. Biz təlim mərkəzinin yaradılmasına şərait yaratmışıq. Komissiya artıq beynəlxalq qurumlarla uğurlu əlaqələr qurub ki, bugünkü tədbir bunun bariz nümunəsidir. Avropa İttifaqında ümumi daxili məhsul və iş yerlərinin 50 faizi dövlət qulluğu sahəsi ilə bağlıdır”.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel I Avropa Oyunların uğurlu təşkilatçılığına görə Azərbaycan təbrik edib: “Bizim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə bağlı qanunvericilik sahəsində möhtəşəm əməkdaşlığımız olub. Bu böyük bir çağırışdır. Konfransda çox sayda dövlət qulluqçuları iştirak edir. Müsbət hədəfləri tapmağa çalışmalıyıq”.
Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu üzrə Komissiya tərəfindən həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində keçirilir.

Müsabiqələr tam şəkildə elektronlaşdırılır

Tədbirdə çıxışı zamanı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib ki, dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqlarını nəzər almaqla obyektiv və tam şəffaf qəbul prosesi həyata keçirilir: “Burada başqa heç bir meyar nəzərə alınmır. Komissiyanın dövlət qulluğu ilə bağlı keçirdiyi müsabiqələr tam şəffaf və obyektiv keçirilir. Bir çox problemlərimiz var idi, onları da tədricən aradan qaldırmışıq”. B. Xəlilovun sözlərinə görə, müsahibə komissiyalarına müstəqil ekspertlər daxil edilib: “Xüsusilə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri şəxsən vətəndaşın vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmamasına qərar verirlər. Biz müsahibələrin videoçəkilişini də aparırıq. Bütün çəkilişlər arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından subyektiv məqamlar var. Videoçəkiliş isə bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda biz o çəkilişlərin əsasında araşdırmalar aparırıq. Bizdə apellyasiya komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müraciət edə bilər. Təəssüf ki, heç kim müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır. Apelyasiya komissiyası bu məsələləri çox ciddi şəkildə araşdırır. Videoçəkilişin stenoqramı təşkil olunur və ekspertlər dəvət edilir. Hansı sualların düzgün və ya səhv cavablandırılması qiymətləndirilir”. Komissiya sədri qeyd edib ki, müsabiqələr tam şəkildə elektronlaşdırılır: “Beş ilə yaxındır ki, test imtahanları kompüter vasitəsi ilə aparılır. Rəsmi internet səhifəmizdə müsabiqə ilə bağlı, o cümlədən test bazasının, sualların mənbələri, müsahibə üçün proqramlar hamısı yerləşdirilir”.

“Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir”

B.Xəlilov onu da qeyd edib ki, dövlət qulluqçularının etik davranış qaydalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pozulması normaldır: “Çünki dövlət qulluqçularının təxminən 15-20 faizə yaxını orada çalışır. Orada yeni rəhbərlik bu işə qarşı ciddi mübarizə aparır”. Komissiya bildirib ki, etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir: “Etik davranış qaydalarının daha çox pozulduğunu açıqlayan qurumları dəstəkləyirik. Bu onu göstərir ki, orada etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır. Elə dövlət qurumları var ki, onlar il ərzində bir dəfə belə olsun etik davranış qaydalarının pozulmadığını bildirir. Təbii ki, biz buna şübhə ilə yanaşırıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info