Bu meyvələri yeyin və arıqlayın
Tarix: 10.07.2015 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Xanımların qorxulu yuxusuna çevrilmiş artıq çəkilər yay aylarında daha dəhşətli görünür. Sellülit, artıq çəki şikayəti olan qadınlar isə daim onlardan qurtulmaqdan ötrü müxtəlif yollara əl atırlar.
Asan çıxış yolu sayılan pəhrizlərdən əlavə meyvələrlə sağlam şəkildə arıqlamaq mümkündür. Milli.Az lent.az-a istinadən sizə həmin meyvələri təqdim edir.
Alça: C və A vitamini, potasium və lif baxımından zəngindir. Yüksək antioksidan tutumuna malikdir və detoks üçün də yararlıdır. Həzmi asanlaşdırır, qəbzlik üçün faydalıdır. Arıqlamaq istəyən xanımlara ara yeməyi üçün bir alternativdir.
Gilas və albalı: Bu meyvələr qana daha gec qarışır və bu da artıq çəkini atmağa kömək edir. Tərkiblərində olan antosiyan sayəsində ağrılara qarşı təsirlidir. Araşdırmalar nəticəsində məlum olub ki, 20 dənə gilas bir aspirin qədər təsirlidir. Tərkiblərində olan antosiyan E və C vitaminlərinə bənzər antioksidan təsiri yaradır.
Qarpız: Vitamin və mineral baxımından zəngindir, antioksidan tutumu yüksəkdir. Xüsusilə potasium və magneziumla zəngindir. Qarpız eyni zamanda xərçəngə qarşı qoruyur. Bağırsaq sistemini qaydaya salır, qəbzliyin qarşısını alır. Bol su tutumu olduğu üçün sellülitin əsas düşmənlərindən biridir.
b>Manqo: Orta ölçülü manqo gün ərzində insana lazım olan C vitamini ehtiyacını ödəyir. Bu xüsusiyyəti ilə yağların yandırılmasında yayın vazkeçilməz meyvələrindən biridir. Yaddaşın güclənməsinə kömək edir. A, C, E vitamini və dəmir mineralı ilə daha zəngindir.
Böyürtkən: Artıq çəkini atmaq üçün çox yararlıdır. Qara tut da bu siyahıya daxildir. 8-10 ədəd böyürtkən 58 kaloridir. Kalsium, dəmir, B1, B2, B3 və C vitamini baxımından zəngindir. Sellülitlərin qarşısını alır.
Ərik: Lif tərkiblidir və arıqlamaq üçün kömək edir. Sellülitin qarşısını almaqda böyük rolu var. 4 ədəd ərik 51 kaloridir. Eyni zamanda xərçəngə qarşı qoruyur. Qəbzliyin isə ən böyük düşməni hesab etmək olar.
Moruq: Ara yeməyi üçün əlverişlidir. Moruqla dolu bir balaca kasa 64 kaloridir. Bütün qırmızı meyvələr aclığın qarşısını alan liflərə sahibdir. Moruqda isə bu liflər daha çoxdur. Kalorisinin az olmağı sellülitlərin qarşısını almağa kömək edir.
Şaftalı: Həzmi asanlaşdırır və metabolizmanı sürətləndirir. Böyrəklərin və öd kisəsinin normal qaydada işləməsinə kömək edir. C, A və B3 vitamini, potasium, folik asit baxımından olduqca zəngindir. Kiçik ölçülü bir şaftalı 38 kaloridir.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın...
16.09.2019
Ankilozlaşdırıcı spondilit
16.09.2019
“Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
14.09.2019
Zəhərlənmisinizsə qatıq içməyin!
11.09.2019
Dərmanı su ilə için - yoxsa...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info