Prezidentin İtaliyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Tarix: 10.07.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


İyulun 9-da Prezident İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.
Əvvəlcə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
“Kici” sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Matteo Renzi qarşılayıb. Daha sonra hərbi orkestrin ifasında Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Baş nazir Matteo Renzi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Baş nazir Matteo Renziyə təqdim olunub.
Geniş tərkibdə görüşdə Baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən Baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın Baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Baş nazir Matteo Renzi TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb. Azərbaycanda tolerantlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nümunə olduğunu deyib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.
Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın məhz İtaliyada qəbul olunmasının rəmzi xarakter daşıdığını qeyd edib. Dövlətimizin başçısı “Bakı-2015” birinci Avropa Oyunlarında İtaliyanın geniş nümayəndə heyəti ilə təmsil olunmasını yüksək qiymətləndirib. Azərbaycan Prezidenti “Milan Expo 2015” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırıldı, qeyri-energetika sektorunda əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info