Ərəstun Mehdiyev: “Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik”
Tarix: 10.07.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“Dövlət siyasəti ona yönəlib ki, Azərbaycan mətbuatı inkişaf etsin, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qursun. Bu sahədə atılan addımlar deməyə əsas verir ki, bizim peşəkar mətbuatımız bunun öhdəsindən gəlir”.
Bu sözləri “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.
Ə. Mehdiyev bildirib ki, mətbuat müxtəlif istiqamətlərdə öz məsuliyyətini bir az artırmalıdır: “Milli mətbuatımızın qaranquşu olan “Əkinçi”nin nəşrindən sonra çap olunan digər mətbu orqanlar Azərbaycan xalqının milli özünüdərkinə böyük diqqət yetirib və bu yolda böyük rol oynayıb. O dövrdən bu günə qədər mətbuatımızı izləsək, görərik ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə işıqlandırılıb. Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burada böyük rol oynayır. Cənab prezidentin vurğuladığı kimi, jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatın üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
23.09.2020
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
3 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
4 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
5 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info