Ə.Qarayev: “Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst və açıqdır”
Tarix: 10.07.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“Bu gün müharibə şəaritində yaşayan Azərbaycan mətbuatı çox həssas olmalıdır. Media heç bir vəziyyətdə düşmənin dəyirmanına su tökməməlidir, ucuz sensasiya yaratmamalıdır. Mən demirəm ki, mətbuat tənqid etməməlidir. Lakin ən yüksək amil Azərbaycanın ərazi bütövlüyü və gələcəyi olmalıdır”. Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda deyib. Nazirin fikrincə, bu mənada media, mətbuatın rolu xüsusilə dəyərləndirilməlidir: "Biz medianı ölkəni gələcəyə aparan qüvvə kimi qorumalıyıq". Bu günlərdə ölkənin hər yerində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini deyən nazir ölkənin ilk mətbu orqanı olan "Əkinçi" qəzeti haqqında da fikirlərini bölüşüb: "O zaman "Əkinçi" qəzeti təsis olunmasaydı, bir sıra tarixi hadisələrin gerçəkləşməsi mümkün olmayacaqdı. Cəmi 2 il yaşamış bu qəzet Azərbaycan milli təfəkkürünün irəli aparılmasında böyük rol oynayıb. Bu qəzet mətbuatın inkişafına və gələcyinə, o zaman çətin dövr yaşayan Azərbaycanın taleyinə böyük təsir göstərib. Jurnalistika indi də mənəvi dəyərlərinə sadiq qalaraq cəmiyyətə xidmət edir". Ə.Qarayev dünyada Azərbaycana qarşı aparılan əks təbliğat məsələsinə də toxunub: "Dünyada necə vardısa, ikili standartlar yenə də mövcuddur. Azərbaycanda guya demokratiyanın olmaması, problemlərin olduğunu bəyan edən xarici KİV-lər öz problemlərini görmək iqtidarında deyillər. Amma Azərbaycanda ən kiçik problemi böyüdüb qabardırlar".
Nazir bildirib ki, Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst və açıqdır: "İnternetə rahat daxil olub istənilən məlumatı əldə etmək mümkündür. İstənilən şəxs barədə məlumat əldə etmək olur. Mətbuat istənilən şəxs barədə barədə istənilən mövzuda yaza bilir". Ə.Qarayev bir daha əminliyini bildirib ki, Azərbaycan mediası ölkənin gələcəyi naminə yenə də müsbət töhfələrini verəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info