İlham Əliyev İtaliya Prezidenti Sergio Mattarella ilə görüşüb
Tarix: 10.07.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


İyulun 9-da Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə dünyada gedən proseslərdə önəmli rolunu qeyd edib.
Prezident Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.
İtaliya Prezidenti ölkələrimiz arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq deyib ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirib.
Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib.
Prezident İlham Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən dövlətimizin başçısı siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev deyib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Bildirib ki, “Cənub” qaz dəhlizi ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb.
Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info