Bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil
Tarix: 30.01.2013 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər arasında müsabiqə elan edib



«Azərbaycanda bəzi din xadimlərinin dini maarif səviyyəsi qənaətbəxş deyil». Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov komitənin yenilənmiş saytının təqdimat mərasimində çıxış edərkən bildirib. E.İskəndərov deyib ki, Azərbaycanda bilikli, milli-mənəvi dəyərli dini xadimlərə ehtiyac var. Onun sözlərinə görə, müxtəlif innovativ metodlarla fəaliyyət göstərən icmaların təkmilləşməsinə yönəlmiş layihələr olacaq. O qeyd edib ki, komitənin fəlaiyyətinin prioritet istiqamətlərindən biri dövlət siyasətini gündəmə gətirmək olacaq: "Əsas istiqamət çoxminlik icmalara xidmət göstərməkdir. İkincisi, qanunvericiliklə əlaqədar adminstrativ və inzibati məsələləri həyata keçirmək prosesidir. Bu sahədə də bir çox hallarda narazılıq olurdu. İndi bu proseslərin hamısını onlayn yolla keçirəcəyik. İndi gərək dini icmalar öz üzərində çalışsınlar. Həm dini ədəbiyyatlarla, həm onların satışını həyata keçirən müəssisələrin qeydiyyatı ilə bağlı bütün məlumatları saytda tapmaq olacaq". E.
İskəndərov, həmçinin qeyd edib ki, bu il Milli Toleranlıq Mərkəzi yaradılacaq. Ən azı 3 dinə mənsub icmaların ortaya qoduqları birgə layihələr komitə tərəfindən dəstəklənəcək. Bunlar islam, xristianlıq və iudaizm dinləri arasında ortaya qoyulan sosial layihələr ola bilər. Yeri gəlmişkən qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edib.
Müsabiqəyə yazılar fevralın 1-dən martın 10-dək qəbul olunacaq. Müsabiqədə tarixən Azərbaycandakı tolerant dini mühit və bu mühitə səbəb olan faktorlardan faktlar əsasında analitik bir şəkildə bəhs edən məqalələr iştirak edə bilər. Bundan başqa, müasir dövrdə Azərbaycanda müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birlikdə yaşama məhdudiyyətini təhlil edən məqalələr də müsabiqə üçün qəbul olunacaq. Azərbaycanın bu sahədəki təcrübəsinin müasir dövrdə dinlərarası və məzhəblərarası əlaqəyə verə biləcəyi töhfələr barəsində məlumat verən məqalələr də bu qəbildəndir.
Mükafat olaraq I yerin qalibinə «iPad», II yerin qalibinə mini «iPad», III yerin qalibinə isə 300 manat pul mükafatı veriləcək. Müsabiqəyə qatılmaq üçün ərizələr elektron formada «press@scwra.gov.az» ünvanına göndərilməlidir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info