Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində Türkiyənin Sorgun rayonunun Doğankənd bölgəsində hazırda inşası davam etdirilən mədəniyyət mərkəzinin tikintisinə kömək göstəriləcək.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Doğankənd bələdiyyəsinin sədri Doğan Sungur məlumat verib. O, mədəniyyət mərkəzinin tikintisinə yardım üçün TANAP-a müraciət etdiklərini və müsbət cavab aldıqlarını deyib.
"TANAP-ın boru kəmərinin keçdiyi kənd və bölgələrdə sosial layihələr üçün ayırdığı müəyyən büdcə var. TANAP-ın və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mərkəzin inşası 2016-cı ilin yayında tamamlanacaq", - deyə bələdiyyə sədri qeyd edib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.
Fuad
|