“Tert.am”: “Ermənistanın dövlət borcu dövlətin proqnozlaşdırdığından daha çox artır”
Tarix: 10.07.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Ermənistan hökuməti daha 909 milyon dollar borc götürmək istəyir”

Gələn il Ermənistan hökuməti daha 909 milyon dollar borc götürmək niyyətindədir. Bu məsələ hökumət tərəfindən təqdim edilmiş proqramdan bəllidir. Bu barədə “Tert.am” yazır. Qeyd edilir ki, hökumətin proqnozlarına görə, 2016-cı ilin başlanğıcına qədər Ermənistanın dövlət borcu 1 trilyon 999 milyon dram olacaq: “Bu isə 4,2 milyard dollar edir. 2016-cı ilin sonunda isə bu göstərici 2 trilyon 431 milyard dram edəcək ki, bu da 5,1 milyard dollar edir. Burada fərq isə 432 milyard dramdır ki, bu da 909 milyon dollar edir.
Hökumətin məlumatına görə, bizim dövlət borcumuz elə bu qədər artmış olacaq. Qeyd etmək lazımdır ki, reallıq daha amansız olacaq: bizim dövlət borcumuz dövlətin proqnozlaşdırdığından daha çox artır.
Dövlət büdcəsinin tərtibinə görə, bu ilin sonunda dövlət borcu 4,2 milyard dollar təşkil edəcək. Amma maliyyə nazirinin müavini Atom Cancuqazyan az öncə bəyan edib ki, bu ilin sonunda dövlət borcu 4.9 milyard dollara çatacaq. Buna yuxarıda göstərilən 909 milyon dolları da əlavə etsən, bizim dövlət borcumuz artıq 5,8 milyard dollar edir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Paşinyan erməni cəmiyyətini “xeyir və şər“ qüvvələrə bölüb
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info