“Golosarmenii”: “Bütün nümayəndə heyəti bir Azay Quliyevlə bacarmadılar”
Tarix: 10.07.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Ermənistan mətbuatı ATƏT PA-da Ermənistan nümayəndə heyətini yenidən sərt tənqid atəşinə tutub. tert.am, 1in.am və digər çoxoxunan saytlar siyahısına www.golosarmenii.am saytı da qoşulub.
www.golosarmenii.am analitik yazı ilə çıxış edərək Ermənistan nümayəndə heyətini bacarıqsızlıqda, davamlı məğlubiyyətə uğramaqda, diplomatik savadsızlıqda qınayıb. Məqalədə qeyd olunur ki, 7 iyulda qəbul olunan “ Helsinki ruhuna çağırış” adlı sənəddə Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana sərf edən 3 prinisp əks olunmuşdu. Bunlar münaqişənin həllində güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmək hüququ idi. “Bizə də elə bu lazmdır”- deyə nümayəndə heyətinin rəhbəri A.Qeqamyan bildirib. “Təəssüf ki, erməni deputat yadında çıxardıb ki, azərbaycanlı deputat Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı daha bir qətnamə hazırlanıb. Bu sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir. Bu isə ATƏT-in ümumqəbul olunmuş lekisikonu ilə Azərbaycan tərəfinin Dağlıq Qarabağ probleminin həllinə yanaşması ilə eynilik təşkil edir. Bu iflasdır”
Bundan sonra məqalə müəllifi Azərbaycanlı millət vəkilinin müəllifi olduğu qətnaməni bənd-bənd izah edir və bunun Ermənistan mövqeyinə ciddi zərbə vurduğunu, və hətta təhlükə olduğunu qeyd edir. Qeyd olunur ki, 19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Qətnamənin maddələrində münaqişә tәrәflәrinin BMT Tәhlükәsizlik Şurasının müvafiq qәtnamәlәrinin yerinә yetirmәlәrinin zəruriliyi, Azәrbaycan, Gürcüstan, Moldova vә Ukraynada münaqişәlәr nәticәsindә mәcburi köçkün düşmüş әhalinin evlәrinә qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.
Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür. Həmçinin qətnamədə hәr bir dövlәtin sәrhәdlәrinin, әrazi bütövlüyünün toxunulmazlığı vә әrazilәrin güc yolu ilә qәsb olunmasının qәbuledilmәzliyi bildirilir.
Müəllif yazır ki, əgər Strasburdqa Ermənistan nümayəndə heyəti dostların köməyi ilə AŞPA qətnaməsində anti-Emrənistan bəndini çıxara bildilərsə, Helsinkidə bu qətnamənin qəbulu ilə Ermənistan adına açıq-aşkar iflas yazıldı. “Qeqamyanın optimistliyini isə heç cür anlamaq olmur”-deyən müəllif əlavə edir ki, bu sənəd həm də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində mandatı olan yeganə qurum olduğu üçün təhlükəlidir. Sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir
Məqalədə daha sonra deyilir ki, “Quliyevin qətnaməsi o qədər mükəmməl və siyasi bicliklə hazırlanıb ki, tənqidi yanaşmalı, irad bildirilməli yer qalmayıb. Halbuki Ermənistan nümayəndə heyətinin bu qətnaməyə qarşı çıxması üçün yetərli qədər vaxtı olub. Amma bunu bacarmayıblar. Əvəzində Qeqamyan Ermənistanın deyil, Rusiya maraqlarının bariz müdafiəçisi kimi çıxış edir. Düzdür strateji müttəqifi müdaifə etmək lazımdır, amma öz dövlətinin amraqları ayaq altına atılandan sonra bu müdafiə gülünc görünür”.
Sonra ümumiyyətlə bütün Ermənistan nümayəndə heyəti top atəşinə tutulur. Bildirilir ki, bütün nümayəndə heyəti bir Azay Quliyevlə bacarmadılar. Siyasi turizmə gedənlər erməni vergidəyicilərinin hesabına kef çəkirlər.
Xatırladaq ki, bu hadisə son 6 ayda Ermənistan nümayəndə heyətinin ikinci böyük iflasıdır.Azərbaycan Milli Məclisinin üzvü, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyevin ATƏT PA-nın Bazeldə keçirilən tədbirindəki çıxışı erməniləri qıcıqlandırmışdı.
Daha çox oxunan erməni saytları erməni nümayəndə heyətinin fəaliyyətinin, Ermənistanın xarici siyasətinin bərbad olduğunu, Azərbaycan nümayəndə heyətininin, Azərbaycan diplomatiyasının onları hər sahədə üstələdiyini qeyd etmişdilər. Ən çox zərbə isə təbii ki, Ermənistanın ATƏT PA-da nümayəndə heytinin rəhbəri, hakim partiyanın təmsilçisi Artaşes Qeqamyana dəyib. Mətbuat Qeqamyanı çarəsizlikdə qınayıb, onu fəaliyyətsizliyinə və adekvat cavab vermədiyinə görə sərt tənqid etmişdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info