“Sahibkarlar regionlarda üçulduzlu otellərin inşası məsələsinə maraq göstərirlər”
Tarix: 10.07.2015 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


2012-ci ildən bu günədək turizm şirkətlərinin təqdim etdiyi qiymətlərdə artım müşahidə olunmur. Bu bazarın artıq təznimlənmiş hala gəlməsi deməkdir. Bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, mövcud qiymətlər (yaşayaış, qida, daxili nəqliyyat və s.) artıq istehlakçılar tərəfindən də qəbul olunur və yay mövsümü zamanı Azərbaycanın heç bir guşəsində demək olar ki, yaşayış yerləri tapmaq mümkün olmur: "Yerləşmə səviyyəsi 100 faizə çatır. Xüsusilə də həftəsonu. Amma elə məqamlar var ki, müqayisə edildikdə bəzi regionlarda nisbətən ucuz və ya nisbətən daha bahadır. Bu, normal prosesdir". Ə.Qarayev Azərbaycandakı turizm sahəsində qiymətlərin qonşu ölkələrlə müqayisədə baha olması məsələsinə isə belə reaksiya verib: "Gürcüstan, İran, Türkiyə, Rusiya, yəni qonşu ölkələr bu gün müxtəlif növ turizm xidmətləri təqdim edirlər. Azərbaycan turizmi Gürcüstan, İran, Rusiya və Türkiyə ilə müqayisədə fərqlidir. Bizim təqdim etdiyimiz proqramlar daha çox mədəniyyət, macəra, tarixi abidələrlə bağlıdır. Ona görə biz yerləşmə yerlərinin qiymətlərini sabit saxlamaqla xidmətlərin sahəsini genişləndirmək istəyirik. Yazırlar ki, Gürcüstana daha çox adam istirahətə gedir. Mən buna etiraz etmirəm. Qoy camaat gedib Gürcüstanı da görsün. Bu, normal prosesdir. Burada hansısa problem və ya sensasiya axtarmaq lazım deyil". Onun sözlərinə görə, Azərbaycanda istirahət üçün ucuz yerlər də mövcuddur: "Azərbaycan turizm məkanı bu gün özünü tarazlaşdırıb. Bazar mövcuddur, onun istehsalçısı da var, istehlakçısı da. Artıq hamımız bazar günlərində asudə vaxtlarımızı təşkil etmək üçün yer, imkan tapırıq. Bəzən deyirlər ki, bizim Azərbaycanda ucuz istirahət etməyə imkanımız yoxdur. Var elə yerlər. Sadəcə, camaat həmin yerləri əvvəlcədən sifariş edir. Bu yerləri asanlıqla tapmaq çətindir".
Nazir həmçinin qeyd edib ki, yay mövsümündə turizm obyektlərinin, otellərin monitorinqi keçirilir və bu proses mövsümün sonunadək davam edəcək. Ə.Qarayev əlavə edib ki, hazırda sahibkarlar regionlarda üçulduzlu otellərin inşası məsələsinə maraq göstərirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info