Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevlə təhsil aldığı ali məktəbdə görüş keçirilib
Tarix: 10.07.2015 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində birinci Avropa Oyunlarının bürünc mükafatçısı, həmin ali məktəbin bədən tərbiyyəsi və idman ixtisası üzrə I kurs tələbəsi 18 yaşlı gənc boksçu Tayfur Əliyevlə görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə gənc boksçu- Tayfur Əliyevin “Tərəqqi” medalı ilə təltif olunması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Tayfur Əliyevə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalını təqdim etməsi ölkədə idmanın inkişafına və gənclərə göstərilən böyük diqqət və qayğının bariz ifadəsidir. Rektor, gənc yaşında qazandığı bütün bu yüksək nailiyyətlərə görə rəhbərlik etdiyi ali təhsil ocağının çoxsaylı kollektivi adından Tayfur Əliyevi təbrik edib. Natiq bildirib ki, ölkəmizdə böyükdən kiçiyə hər kəsin bayram əhvali-ruhiyyəsi, böyük coşqu ilə qeyd etdiyi Avropa Oyunlarının ilk dəfə məhz paytaxt Bakıda keçirilməsi Azərbaycan xalqının nələrə qadir olduğunu göstərdi. Bir daha dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycanda yeni tarix yazıldı və bu tarixi məhz Şərqlə Qərb arasında körpü olan Azərbaycan dövləti yazdı. Rektor finala yüksələn idmançılarımızın oyunlarını azarkeşlərlə bərabər, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsən izləməsini, idmançılarımızın keçirdikləri döyüşlərdə inamla mübarizə aparmalarına böyük stimul verdiyini bildirib. Vurğulanıb ki, hər birimiz böyük fəxr və qürur hissi keçiririk ki, Tayfur Əliyev kimi gənclərimiz var.
Universitetin müəllimi, boks üzrə idman ustası, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyevin ali təhsil ocağındakı ixtisas müəllimi Valeh Əlixanov 4 yaşından boksla məşğul olan gənc boksçunun bugünə qədər qazandığı idman uğurlarına nəzər salıb, keçirdiyi yarışlar haqqında məlumat verib. Bildirilib ki, Tayfur Əliyev “Bakı-2015” ilk Avropa Oyunlarında boks yığmamızın heyətində kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, 1/8 final mərhələsində Rumıniya boksçusu Nikolae Andreiananı, 1/4 finalda isə Danimarka idmançısı Frederik Yanseni məğlub etsə də, yarımfinalda Rusiya təmsilçisi Baxtovar Nazirova məğlub olaraq bürünc mükafat qazanıb. Fərəhləndirici haldır ki, birinci Avropa Oyunlarının bürünc mükafatçısı, tələbə Tayfur Əliyev 2015-ci ilin oktyabr ayında Qətər Əmirliyində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Boks üzrə “Bakı-2015” birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev qələbə sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə şəraitində keçirildiyini bildirib, ona dəstək olan hərkəsə minnətdarlıq edib. Gənc boksçu bildirib ki,-“Cənab Prezidentimiz İlham Əliyevin Danimarka idmançısı Frederik Yansenlə keçirilən II görüşümü şəxsən izləməsi mənə ayrı bir güc, enerji, stimul verdi. Azərbaycan Respublikası Prezidentinin yarışlardan sonra qaliblərlə görüşməsi və bizi təltif etməsi idmançılarımıza göstərilən böyük qayğı və etimadın təzahürü idi. Bu bizi daha böyük qələbələrə ruhlandırır. Dövlətimizin idmançılara göstərdiyi yüksək qayğıdan bəhrələnərək bundan sonrakı yarışlarda, həmçinin “Rio-de-Janeyro- 2016” Olimpiya Oyunlarında Azərbaycan bayrağının birinci yerdə dalğalanması üçün mübarizə aparacam”.
Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Bakı-2015” ilk Avropa Oyunlarında bürünc medal qazanmış gənc boksçuya pul mükafatı və hədiyyə təqdim edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb
26.06.2019
Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub
25.06.2019
ABŞ-ın Monterey şəhərinin nümayəndə heyəti Lənkəranda olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info