Binəqədi rayonunun bələdiyyələri “DAYAQ” Mentorluq Proqramında layiqincə təmsil olundu
Tarix: 10.07.2015 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünü İdarəetmə Proqramı tərəfindən “DAYAQ” Mentorluq layihəsi çərçivəsində 05-07 iyun 2015-ci il tarixdə Şəki şəhərində Yay məktəbi təşkil olundu.
Yay məktəbində bələdiyyələrdə təmsil olunan 40-a yaxın qadın bələdiyyə üzvü iştirak etdi. Bu təlimlərdə Binəqədi rayonunu Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və sədr müavini Firəngiz Qayayeva, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, M.Ə.Rəsulzadə Bələdiyyəsinin Yerli Sosial Məsələləri Daimi Komissiyasının sədri Jalə Tofiqqızı və bələdiyyənin Hüquq Məsələləri Daimi Komissiyasının üzvü Ayla İbrahimova, Biləcəri Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri Ülviyyə İsmayılova təmsil etdilər.
Təlimdə ilk öncə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının məsləhətçisi Fidan Qasımova çıxış edərək bildirdi ki, 2010-cu ildən Azərbaycanda həyata keçirilən bu Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub, respublikanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib. O qeyd etdi ki, “DAYAQ” Mentorluq Proqramı qadınların yerli ictimai həyatda iştirakını gücləndirməyi və Azərbaycanda yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməyə nail olmağı nəzərdə tutur.
Sonra Qadınlar Arasında Həmrəylik İçtimai Birliyinin sədri Ruhəngiz Hüseynova proqram haqqında ətraflı məlumat verdi, "Səmərəli ünsiyyət" mövzusunda müzakirələrə başladı. Təlim iştirakçılarına mövzu ilə bağlı metodiki vəsaitlər paylandı.
Təlimin ikinci günündə layihənin yerli koordinatoru, Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədr müavini, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova “Fəal ol” adlı praktik fəaliyyət kitabçası üzrə təlim həyata keçirdi. O, vurğuladı ki, mentorluq proqramı seçilmiş qadınların qərarvermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır.
Qeyd edək ki, “DAYAQ” Mentorluq layihəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı Yerli Özünü İdarəetmə Proqramı tərəfindən 2012-cil ildən həyata keçirilir. “DAYAQ” Mentorluq layihəsinin əsas məqsədi qadınların ictimai və siyasi həyatda iştirakını gücləndirmək və yerli səviyyədə gender yönlü idarəetməni təmin etməkdir. Layihənin əsas tərəfdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyidir.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info