Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı daha bir etiraz bəyanatı qəbul edildi
Tarix: 10.07.2015 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Dağlıq-Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı etiraz bəyanat qəbul edib. Bəyanatda deyilir:
"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası separatçı Dağlıq-Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfərindən, Britaniya Parlamenti və Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) ona çıxış hüququ tanınmasından narahatlığını və məyusluğunu bildirir. Bu yanaşma Azərbaycan xalqı və yüzlərlə vətəndaş cəmiyyətini öz sıralarında birləşdirən Koalisiya üçün qəbuledilməzdir. Koalisiya qondarma rejimin rəhbərinin səfərinə etiraz edir və Böyük Britaniya hökumətinin bu yanaşmasını ikili standart olaraq qəbul edir.
"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası həm də bu tip səfərlərin, yanaşmanın və ikili standartların tətbiqinin münaqişənin həllinə kömək etməyəcəyindən, əksinə danışıqlar prosesinə mənfi təsir göstərəcəyindən narahatdır. Biz Böyük Britaniyanın nüfuzlu ölkə, demokratiyanın və Avropa sivilizasiyasının beşiklərindən biri olduğunu bilirik. Belə bir ənənəsi olan ölkənin ikili standartlara yol verməsi və separatçı rejimləri şirnikləndirməsi onun dəyərləri üzərinə qara kölgələr salır və heç bir halda baş ucalığı gətirmir.
Koalisiya üçün maraqlıdır ki, görəsən Böyük Britaniya Ukraynanın bölünmüş parçaları olan və separatçılar tərəfindən yaradılan “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, separatçıların nəzarət etdiyi Cənubi Osetiyanın (Gürcüstan işğal olunmuş ərazisi) rejimlərinə eyni hüququ tanıyardımı? Bəs, Dağlıq-Qarabağ münaqişəsinin həllinə və Azərbaycan xalqına qarşı tətbiq edilən bu ikili standartlar nədən xəbər verir? Bu suallara cavab axtarırıq və ümid edirik ki, ən azından Azərbaycandakı Britaniya səfirliyi bu məntiqli suallara məntiqli bir cavab versin. Biz əminliklə inanırıq ki, qondarma Dağlıq-Qarabağ Respublikasının qondarma rəhbərinin səfərinin təsiri elə yuxarıda adı çəkilən digər separatçı rejimlərin rəhbərlərinin səfəri qədər eyni dəyərə malikdir.
Biz Avropa və dünya hökumətlərini Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan imtina etməyə səsləyirik. Azərbaycan hökuməti Dağlıq-Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə həlli üçün əlindən gələni edib və etməkdədir. Amma, bu tip ikili standartların tətbiqi münaqişənin sülh yolu ilə həllinə maneçilik törədir və Azərbaycanın işğal olunmuş ərazisində yuva salan separatçı rejimin ayağının altına daş qoyur. Bu səfər həm də beynəlxalq hüquq normalarını pozur və Böyük Britaniya hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir.
Bako Saakyan müharibə cinayətkarıdır. Onun törətdiyi cinayətkar və separatçı münaqişə siyasəti bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların əsrlər boyu əcdadlarının yaşadığı doğma yurd-yuvalarına qayıtmasını əngəlləyir.
Dünya bilməlidir ki, BMT erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib və Ermənistanın işğalçı rəhbərliyi bu qətnamələrin tələblərini hələ də yerinə yetirmir. Avropa Şurasının Parlament Assembleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər qurumlar erməni işğalını pisləyən bəyanat və qətnamələr qəbul ediblər. ABŞ, Fransa və Rusiya tərəfinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu 20 ildir ki, nəticəsiz vasitəçilik missiyasını aparmaqdadır. Amma, hər kəs bilməlidir ki, Azərbaycana xalqının səbri artıq tükənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info