İstehlak kreditləşməsi azaldılmalıdır
Tarix: 31.01.2013 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvü Çinqiz Əsədullayev son illər ərzində ölkədə istehlak kreditləşməsinin həcminin artması və istehlak kreditləri üzrə faiz dərəcələrinin yüksək olması ilə bağlı narahatlıqlarını bildiriblər. Millət vəkilləri qeyd ediblər ki, istehlak kreditləşməsinin sürətlə artması ölkə iqtisadiyyatı üçün təhlükə yaradır. Həmçinin, Z.Səmədzadə qeyd edib ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib. Bununla yanaşı qeyd olunub ki, istehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər nəticəsində əhalinin borclanmasına gətirib çıxarır. Yaxın zamanlarda bu məsələ ilə bağlı millət vəkillərinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüşü keçiriləcək və həmin problem ciddi müzakirə olunacaq.

İlkin AĞAYEV

Qeyd edək ki, 2012-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,245 mlrd. manata çatıb. Bu, bank sistemi üzrə məcmu kredit qoyuluşlarının 35,3%-ni təşkil edir ki, bu da digər kreditləşdirilən sahələrlə müqayisədə ən yüksək göstəricidir. İstehlak kreditlərinin illik artım 31%-ə bərabərdir və bu illik artım tempi Azərbaycan bank sistemi üçün artıq ənənəvidir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
20.09.2018
Çindən gələn beynəlxalq yük qatarı Bakıya çatıb
20.09.2018
Lisa Givert: “TAP-ın inşası qrafik üzrə davam edir”
20.09.2018
“Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb
20.09.2018
Azərbaycan və Yunanıstanda turizm sahəsində əməkdaşlıq layihələri müzakirə edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info