“Növbəti mərhələni də keçəcəyimizə inanırıq“
Tarix: 11.07.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


"Çətin oyun oldu. Amma son dəqiqələrdə vurulan qollarla qazanılan qələbənin sevinci tam fərqli olur. Matçın ilk dəqiqəsindən sonuna kimi pressinq etmək həm güc, həm əzm tələb edir. Bizim komandamız bu gün bunu bacardı".
Bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Avropa Liqasının birinci təsnifat mərhələsində Tiflis "Dinamo"suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçdan sonra jurnalistlərə deyib. O, hər iki hissədə qol epizodları yaratdıqlarını bildirib: "Vaxt getdikcə istər-istəməz inamsızlıq yaranırdı. Amma qələbə qazanacağımıza inandıq və bunu bacardıq. Komanda xarakter göstərdi. Layiqli qələbə qazandıq". R.Sadiqov bildirib ki, növbəti mərhələni də keçməyə çalışacaqlar: "Buna inanırıq. Artıq komanda tam hazır vəziyyətdədir. Əlimizdən gələni edəcəyik ki, növbəti oyunlarda da qələbə qazanaq". R.Sadiqov matçdan sonra klubun prezidenti Tale Heydərovun onları təbrik etdiyini vurğulayıb: "Bu qələbənin özü bizim üçün böyük bir mükafatdır".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info