Sərhədçilər axtarışda olan 443 nəfəri aşkarlayıblar
Tarix: 13.07.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 46 nəfər saxlanılıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Əfqanıstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikis¬tan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qambiya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər, Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd¬bir¬ləri nəticəsində 15 halda 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. İyun ayının 16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsində Gürcüs¬tan¬dan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı, 1958-ci il təvəl¬lüd¬lü İmanov Şahin Ənvər oğlunun idarə etdiyi AE 7402 ST dövlət qeydiyyat nömrəli “ZAZ” markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balo¬nun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 9736 kiloqram olan 23 756 ədəd xaşxaş kolu yığılaraq iyun ayının 9-da Yardımlı rayon Polis Şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçi¬ril¬miş tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 13 ədəd 16 mm-lik patron, 29 ədəd 5,45 mm-lik patron, 9 ədəd 9 mm-lik patron, 6 ədəd 16 mm-lik giliz, avtomat silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 2 milyon 201 min İİR valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info