ARGTMŞ Rusiyada keçirilən 5-ci beynəlxalq gənclər düşərgəsində təmsil olunub
Tarix: 13.07.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Kaluqa vilayətində keçirilən “Gənclərin Birlik Günü” adlı 5-ci beynəlxalq gənclər düşərgəsində iştirak edib. “Sodrujestvo” beynəlxalq gənclər təşkilatı tərəfindən həyata keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində ARGTMŞ-ın sədr müavini və “Sodrujestvo” təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Ramiz Əliyev, ARGTMŞ-ın mətbuat katibi Xədicə Damadayeva, eləcə də “Sodrujestvo” təşkilatının idarə heyətinin üzvü Xaqani Fərəcov yer alıblar. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Estoniya, Türkmənistan, Çin, Ermənistanı təmsil edən 100-dən çox gənc fəallar iştirak edib.
Tədbir çərçivəsində bloqçuluq, sosial şəbəkələrdə informasiya mübarizəsi və informasiya təhlükəsizliyi mövzusunda təlimlər, master klasslar, seminarlar keçirilib və işçi qruplar təşkil olunub. Düşərgə müddətində həmçinin iştirakçılar tərəfindən gələcəkdə yeni layihələrin həyata keçirilməsi məqsədilə komanda şəklində yeni layihələr səsləndirilib. Tədbir çərçivəsində mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan haqqında ətraflı məlumat verilib və milli mətbəxindən nümunələr nümayiş olunub. Eləcə də “Bakı-2015” 1-ci Avropa Oyunlarının videoçarxı iştirakçıların nəzərinə çatdırılıb.
Xatırladaq ki, “Sodrujestvo” beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.
2012-ci ildə ARGTMŞ-ın sədri Şahin Seyidzadə “Sodrujestvo” beynəlxalq gənclər təşkilatının idarə heyətinin üzvü və sədr müavini Ramiz Əliyev Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info