Sağlamlıq imkanları məhdud uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb
Tarix: 13.07.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 25 nəfər uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinin əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, bir sıra çətin sağalan xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşmış müəssisə olduğunu vurğulayıb: “Cari ilin aprel ayının əvvəlindən bəri ƏƏSMN tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin və hazırda göndərilən qrup da daxil olmaqla 50 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyəyə, Nobel Tibb Mərkəzinə göndərilməsi təmin olunub. Göndərilən şəxslər həmin mərkəzdə 5 ulduz oteldə yerləşdirilir və Dənizli bölgəsinin müalicəvi təbii potensialından geniş istifadə olunmaqla onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, göndərilən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara orada göstərilən xidmətin təşkilinə nəzarət etsin, eyni zamanda mərkəzin reabilitasiya təcrübəsini öyrənsin. Nobel Tibb Mərkəzində bərpa-müalicə kursunu başa vuraraq geri dönən insanlar orada aparılan müalicə işlərinin səhhətlərində müsbət dəyişikliklər yaratdığını bildirirlər”.
Cari ildə ümumilikdə 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa-müalicəsinə göndərilməsinin nəzərdə tutulduğunu qeyd edən S.Abdullayev bunun ötən ilin müvafiq göstəricisindən 20 faiz çox olduğunu diqqətə çatdırıb: “Bu işlərlə yanaşı, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında ƏƏSMN tərəfindən ayrı-ayrı əlilliyi olan şəxslərin respublikadan kənar müalicəyə göndərilməsinə, habelə respublika daxilində müalicə olunmalarına köməkliklər də göstərilir. Eyni zamanda Nazirliyin bərpa-müalicə müəssisələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət hesabına bərpa-müalicə xidməti ilə təmin olunurlar”.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının tibbi-sosial reabilitasiyası, o cümlədən xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkil olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

İlkin





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info