Koreya səfiri Lənkəranda olub
Tarix: 13.07.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Lənkəranda səfər edib.
Xarici diplomatı Lənkəran Şəhər İcra Hakimiyyəti aparatında icra başçısının birinci müavini İlqar Dadaşov qəbul edib.
Görüş zamanı İ.Dadaşov Lənkəranın sosial-iqtisadi, mədəni həyatında son illər baş verən yeniliklər barədə səfirə məlumat verib. Çoi Suk-in isə Lənkəran barədə əvvəllər qiyabi bilgiyə malik olduğunu, bu gün isə bu əsrarəngiz diyara qonaq gəlməsindən məmnunluq hissi duyduğunu bildirib.
Söhbət zamanı Lənkəran və Koreya arasında xeyli oxşar xüsusiyyətlərin olduğu, Koreyada olduğu kimi Lənkəranda da çəltikçiliyin inkişaf etdirildiyi qeyd olunub. Görüşdə həmçinin Lənkəranla Koreyanın iqtisadi əlaqələrinin yaradılması, Lənkəranın Koreya şəhərlərindən biri ilə qardaşlaşması məsələsi gündəmə gətirilib.
Görüşün sonunda səfir Çoi Suk-inə Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə olunub.
Qeyd edək ki, Koreya səfiri Lənkəranda səfərdə olduğu müddətdə rayonun gəzməli-görməli yerlərini gəzib, Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info