Yunanıstanı hələ ki avrozonada qalır
Tarix: 13.07.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Yunanıstan ən azı iyulun 15-dək avrozonada qalacaq. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Aİ-nin Yunanıstana kömək edəcəyi ilə əlaqədar ilkin razılaşmanın əldə olunduğunu bildirib.
“Euronews” telekanalı xəbər verir ki, hazırda söhbət yardımın “üçüncü proqramı”ndan – 80 milyard avrodan artıq olan uzun müddətli paketdən gedir. Bundan başqa, Afinaya yaxın günlərdə iflasdan yayınmaq üçün lazım olan 19 milyard avroluq təcili mini-tranş da müzakirə edilir.
Növbəti yardımların əsas əleyhdarı – başlıca kreditor Almaniyadır. Berlinin fikrincə, vəziyyət o qədər ağırlaşıb ki, yeni yardımlar heç nəyi dəyişə bilməz. Almaniya Yunanıstanı müvəqqəti də olsa avrozonadan kənarlaşdırmaq və onun borclarına yenidən baxmaq barədə təklif irəli sürüb.
Berlinin bu təklifi emosional parçalanmaya səbəb olub. Demək olar ki, heç kim belə bir məsuliyyəti üzərinə götürməyə hazır deyil. Məhz bu səbəbdən Yunanıstanın avrozonadan müvəqqəti çıxarılması barədə təklif gündəlikdən çıxarılıb. Bunun əvəzinə kreditorlar məcburi özəlləşdirmə və yeni islahatlar tələb edə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info