“Liberation”: “Ukraynanın şərqi və qərbi daha heç vaxt bir yerdə ola bilməyəcək”
Tarix: 13.07.2015 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


“Donbas sakinləri sadəcə, konfrontasiyanın qurbanına çevriliblər. Onlaer Ukrayna artilleriya atəşlərinin, Kiyev sürgününün və 500 mindən çox qaçqına səbəb olan humanitar böhranın qurbanlarıdırlar”

Fransanın "Liberation" media qurumu Ukraynanın parçalanma ərəfəsində olduğundan yazıb. Yazıda qeyd edilir: “Donbasda yerləşən Mariupola gedən fotomüxbir Jerom Sessini ukraynalılar arasında kəskin parçalanma ilə qarşılaşıb. Onun müşahidələrinə görə, hər ağac, hər yanacaqdoldurma məntəqəsi yol boyunca kədərlilik aşılayır: “Biz ukraynalı könüllülərlə birgə gedirik. Onlar Mariupolda mənzillərə yerləşdirilmiş Milli Qvardiyanın logistikası ilə məşğul olurlar. Onlar ara vermədən danışırlar. Onların sözlərinin sonunun müharibə üzərində dayandığını sezirəm. Mariupol Azov dənizinin sahilində strateji bir şəhərdir. Onun tutulması Donbasdan Krım yoluna çıxmaqda ilkin mərhələ ola bilərdi.
Mən ilk dəfədir, “üsyançıların” tərəfindən keçməklə, ölkənin şərqində oluram. Adətən mən düşərgədən düşərgəyə getmirəm. Maydandan sonra isə mən üsyançıların ərazilərində oldum. Donbas sakinləri sadəcə, konfrontasiyanın qurbanına çevriliblər. Ukrayna artilleriya atəşlərinin, Kiyev sürgününün və 500 mindən çox qaçqına səbəb olan humanitar böhranın qurbanlarıdırlar”.
Yazıda daha sonra qeyd edilir ki, Mariupol aeroportu Milli qvardiyanın gücləndirilmiş düşərgəsinə çevrilib. Gözləmə zalı isə kazarmaya çevrilib: “Orada pinti əsgərlər formasında insanlar yatırlar və oyananda silahlarını təmizləyirlər. Bir qrup insan ağ-qara televizorun ətrafına toplaşıblar. Bizi Milli qvardiyanın buradakı sektoruna başçılıq edən Andrey adlı bir oğlan qarşılayır”.
Yazıda bildirilir ki, döyüşçülər arasında əks tərəfə qarşı kəskin nifrət var: “Belə səslər eşidirəm: “Əgər onlar Rusiyadan yanadırlarsa, qoy Moskvaya getsinlər!” Bu sözlər burada tez-tez eşidilir. Donbasın bu bölgəsindəki sakinlərə qarşı nifrət açıq görünür. Qərbyönümlü ukraynalılarla rusdilli şərqi Ukrayna arasında mədəni fərqlilik həmişə olub, amma Maydandan və prezident Yanukoviçin devrilməsindən sonra bu, nifrətə və bir-birini qəbul etməməyə çevrilib. Mən həm də onun şahidi oldum ki, münaqişənin arxa planında siyasi qarşıdurmadan əlavə, sinfi mübarizə var. Şərq proletarları Rusiyanın mövqeyini dəstəkləyirlər, bununla ali orta təbəqədən olan ukraynalıların nifrətini özlərinə çəkmiş olurlar. Həmin orta təbəqəyə isə “Qərb proqressivizmi” lazımdır. Nəticədə, təkcə Mariupolda olmaqla, mən ukraynalıları ikiyə parçalayan nəsnənin dərinliyini dərk etdim. Belə çıxır ki, birlikdə mövcudluq artıq heç vaxt mümkün olmayacaq. Buna mənim tərcüməçimin reaksiyası da bir daha şahidlik etdi. Ondan məni Donetskə ötürməyi təklif etdikdə, o dedi ki, heç bir pul müqabilində ora gedən deyil: “Orda mənim Mariupoldan olduğumu bilsələr, dərhal öldürərlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info