Atletimiz universiada rekorduna imza atıb
Tarix: 13.07.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. Baş məşqçi Elvin Əliyevin rəhbərliyi ilə H.İbrahimov kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub. Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar.
Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olmuşdu. Qeyd etmək lazımdır ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldır. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudur. Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirib. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info