“Bakıda “Qarabağ”a sürpriz etməyə çalışacağıq”
Tarix: 13.07.2015 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


“Çox gözəl hazırlıq keçdik. Bizim üçün mükəmməl şərait yaradılmışdı. Təlim-məşq toplanışı zamanı 3 yoxlama görüşü keçirdik və hamısında da yüksək səviyyədə oyun göstərdik, oyuna hakim olduq”.
Bunu “Rudar”ın qapıçısı Miloş Radanoviç deyib. Monteneqro klubunun qolkiperi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. 35 yaşlı oyunçu Bakıdan sərfəli nəticə ilə dönəcəklərinə inanır: “Yoxlama görüşləri arasında “Mordoviya” ilə matçı xüsusi fərqləndirərdim. Onların çox güclü futbolçuları var. Rusiya klubu ilə görüş 60 dəqiqə bizim üstünlüyümüzlə keçdi, bir neçə qol imkanı yaxaladıq. Səhvlərimiz üzərində çox çalışmışıq və indi çox yaxşı formadayıq. “Mordoviya”nın oyun üslubu “Qarabağ”a çox bənzəyir. Fikrimcə, Azərbaycan çempionu ilə oyunlarda şansımız var. Düzdü, “Qarabağ”la ilk oyunu səfərdə keçirəcəyik. Bakıda onlara sürpriz etməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” - “Rudar” oyunu iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qvardiolanın “Juventus“la 4 illik müqavilə imzaladığı iddia olunur
23.05.2019
“Bakıdakı finalda qələbəyə layiqik“
23.05.2019
Prezidentin xahişi ilə milliyə qayıtdı
22.05.2019
UEFA İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb
22.05.2019
“Arsenal”ın qapıçısı:Əsas hədəfimiz UEFA Avropa Liqasının Bakıdakı final matçının qalibi olmaqdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info