Yunanıstan avrozonada qaldı Yeni yardım proqramı
Tarix: 14.07.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur

Neçə müddətdir ki, Rusiya ilə Avropa Birliyi arasında seçim məsələsində tərəddüdlər edən Yunanıstan artıq seçimini etdi. Belə ki, ötən bazar günü, avroqrup Avropa ölkələrinin liderlərinə Yunanıstanın növbəti yardım proqramı şərtləri ilə bağlı təkliflərini təqdim edib. Afina tərəfindən “pis plan” kimi xarakterizə edilən yeni kompromis planı təsdiq olunmaq üçün avrozonaya daxil olan ölkələrin liderlərinə təqdim ediləcək.
“Frans Press” də xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avropa Şurasının sədri Donald Tusk və Yunanıstan baş naziri Alexis Tsipras Yunanıstanın borc problemi ilə bağlı kompromis qərar layihəsini təqdim ediblər. Xatırladaq ki, Yunanıstanda o qədər də alqışlanmayan bu palan ölkəyə göstəriləcək üçüncü maliyyə yardım proqramıdır. Beynəlxalq Valyuta Fondunun Yunanıstana əlavə vəsait ayıracağı və borc məsələsində bu ölkəyə yardım edəcəyini adını açıqlamaq istəməyən avropalı diplomat da jurnalistlərlə söhbətində təsdiq edib. O bildirib ki, Beynəlxalq Valyuta Fondu Avropa sabitlik mexanizmi çərçivəsində Yunanıstana üçüncü yardım paketi təklif edib. Bundan bir müddət əvvəl də Yunanıstanın baş naziri Alexis Tsipras bəyan etmişdi ki, yeni kreditlə bağlı saziş istisnasız olaraq Avropa layihəsidir və BVF-nin bu sahədəki töhfəsi yalnız texniki cəhətdən olacaq. “Biz çətin bir mübarizə apardıq. Qəbul edilmiş qərar Yunanıstanın maliyyə sabitliyini saxlamaqla yanaşı, iqtisadi inkişafa da şərait yaradacaq”- deyə, Tsipras bildirib. Layihənin həyata keçirilməsinin çətin olacağını nəzərə çatdıran baş nazir tədbirlərin qaçılmaz böhran meyilləri yaradacağını da əlavə edib: “Lakin, ümumilikdə, qəbul edilmiş paket inkişaf səciyyəlidir və yaxın üç ildə borc restrukturizasiyası və maliyyə investorları arasında inam hissi yaratmağa kömək edəcək. Biz itirilmiş milli suverenliyi bərpa etmək üçün mübarizəni bundan sonra da davam etdirəcəyik”. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Aİ-nin Yunanıstana kömək edəcəyi ilə əlaqədar ilkin razılaşmanın əldə olunduğunu bildirib. Almaniya kansleri Angela Merkel avrozona ölkələri liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bəyan edib ki, Yunanıstana ayrılan yeni yardım proqramı 3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur. Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir. O əlavə edib ki, Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 mlrd. avro lazımdır. Merkel həmçinin qeyd edib ki, Yunanıstan parlamenti iyulun 15-dək ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul etməlidir. Onun sözlərinə görə, yalnız bundan sonra avrozona ölkələrinin milli parlamentlərində Yunanıstana üçüncü yardım proqramına dair səsvermə keçirilə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info