Türkiyədə koalisiya hökuməti qurulması üçün danışıqlar başladı
Tarix: 14.07.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət dünən rəsmən başlayıb. Parlament seçkilərində ən çox səs almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə ikinci olmuş Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Ə. Davudoğlunu CHP binasının qarşısında partiyanın sədr müavini Faik Öztrak qarşılayıb. AKP nümayəndə heyəti CHP qərargahının 12-ci mərtəbəsinə qalxaraq K. Kılıçdaroğlunun başçılıq etdiyi CHP nümayəndə heyəti ilə danışıqlara başlayıb. AKP heyətində Numan Kurtulmuş, Ömər Çelik, Cövdət Yılmaz, Ayşə Nur Bahçekapılı və Mücahit Arslan, CHP heyətində isə Haluk Koç, Faik Öztrak, Selin Sayek Böke, Akif Hamzaçebi və Rasim Bölücek təmsil olunub. Görüş 1,5 saat davam edib. Ə.Davudoğlunun iyulun 14-də MHP lideri Dövlət Bağçalı, iyulun 15-də isə HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ ilə görüşlər keçirməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info