“Azərbaycan daha möhtəşəm yarışlar keçirmək iqtidarındadır”
Tarix: 14.07.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Bakıda, birinci Avropa Oyunlarında qızıl medal qazanan belçikalı akrobat Culiye van Gelder Azərbaycan paytaxtında gördüklərindən qeyd-şərtsiz razı qalıb. AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Atletlər Kəndi haqqında gözəl sözlər söyləyən idmançı deyib: “Akrobatika Olimpiya idman növü olmadığı üçün indiyə qədər olimpiya kəndində yaşamaq bizə nəsib olmamışdı. Bakıdakı Atletlər Kəndi ilk təcrübəmiz idi və bu imkana görə çox sevindik”.
Onun sözlərinə görə, “mənzillər gözəl, rahat idi, lazım olan hər şeylə təchiz edilmişdi”. İdman obyektlərini də yüksək qiymətləndirən Culiya deyib: “Gimnastika Arenası çox xoşuma gəldi. Burada məşq və çıxış etmək çox xoş idi”. Belçikalı idmançı etiraf edib ki, azərbaycanlı həmkarlarının hazırlıq səviyyəsi onu yaxşı mənada təəccübləndirib. “Onlar çox yaxşı çıxış edirdilər. Biz hətta dostlaşdıq. Əla qızlardır”- deyən akrobat voleybol və suya tullanma yarışlarına tamasa etməyə onlarla birlikdə getdiklərindən də söz açıb. Culiya təşkilatçıların, könüllülərin və Oyunlara cəlb olunan hər kəsin işini tərifləyib: “Hər şey - təşkilatçılıq, infrastruktur və s. çox yüksək səviyyədə idi. Afərin sizə! Hər hansı çətinlik və sual yarananda, könüllüləriniz, eləcə də ətrafdakı insanlar sayəsində dərhal həll olunurdu”. Şəhərin gözəlliyinə valeh olduğunu bildirən akrobat deyib: “Çıxışımızdan sonra şəhərə baxmaq üçün cəmi bir günümüz vardı. Bizə Bakıya gecə saatlarında baxmaq səadəti nəsib oldu. Çox əsrarəngiz idi”.
Belçikalı idmançı sonda deyib ki, Bakıda gördükləri onu Azərbaycanın daha möhtəşəm miqyaslı tədbirlər keçirməyə tam hazır olduğuna inandırıb. İdmançı fikrini bu sözlərlə tamamlayıb: “Bunun üçün hər cür imkanınız - həm stadionlarınız, həm Atletlər Kəndiniz və göründüyü kimi, yaxşı təcrübəniz var. Yəni siz idmançı xalqsınız”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info