Nəbatat Bağı instituta çevrilə bilər
Tarix: 31.01.2013 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


AMEA-da orta məktəb dərsliklərinin keyfiyyətini artırmaq üçün xüsusi komissiya yaradılacaq


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) humanitar və ictimai sahə ilə bağlı yazılmış orta məktəb dərsliklərinin, eləcə də tarixə dair dərc olunmuş müxtəlif kitabların, elmi əsərlərin keyfiyyətini artırmaq üçün Dil və Ədəbiyyat Araşdırmaları Komissiyası yaradılacaq. Yeni komissiyanın AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin nəzdində yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı məsələ AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin 2013-cü il üçün perspektiv iş planına daxil edilib. AMEA prezidenti Mahmud Kərimov da belə komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib: “AMEA-da müxtəlif sahələr üzrə komissiyalar olmalıdır. Düzdür, Akademiya daxilində Problem Şuralar var. Amma komissiyalar dərslikləri və elmi əsərləri daha yaxşı araşdıra bilər. Müxtəlif sahələr üzrə belə komissiyalar olmalıdır. Tarix elmi üzrə də belə komissiyanın yaradılması vacibdir. Tarix elmində də müəyyən pərakəndəlik baş verir. Tariximizi bir alim bir cür, o biri alim başqa cür qəbul edir. Amma bir komissiya olsa və onun rəyi olmadan bu kitablar nəşr olunmasa, bu, yalnız elmin xeyrinə olar. Tarix, dilçilik, ədəbiyyat, arxeologiya, iqtisadiyyat üzrə belə komissiyaların fəaliyyəti çox vacibdir”. Eyni zamanda AMEA-ya tabe olan bəzi elmi mərkəzlər elmi tədqiqat institutlarına çevriləcək. M. Kərimovun sözlərinə görə, bu, həmin qurumların fəaliyyətinin daha da səmərəli qurulmasına yardımçı olacaq: “Məsələn, AMEA-da Mərdəkan Dendrarisi var. Əslində, bu qurum elmi tədqiqat müəssisəsidir. Elə isə niyə onun adı Dendrologiya İnstitutu olmasın? Mərkəzi Nəbatat Bağı da faktiki olaraq elmi mərkəzdir. Bu mərkəz də Nəbatat İnstitutuna çevrilə bilər. Vaxtilə AMEA-da Əlyazmalar Fondu olub, sonradan Əlyazmalar İnstitutuna çevrilib. Respublika Seysmoloji Xidmət Mərkəzi ikili tabeli qurumdur. Bu qurum həm Nazirlər Kabinetinə, həm AMEA-ya tabedir. Əgər Nazirlər Kabineti etiraz etməsə, Respublika Seysmoloji Xidmət Mərkəzini AMEA-nın struktur vahidi kimi qəbul etmək və AMEA-nın Seymologiya İnstitutu adlandırmaq olar”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info