Gəncədə Yaponiyanın dəstəyi ilə təmir edilmiş idman zallarının açılışı olub
Tarix: 14.07.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında cüdo və ağırlıqqaldırma zallarının əsaslı təmirdən sonra açılışı olub.
İdman zalları Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində təmir edilib. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev çıxış edib. Diqqətə çatdırılıb ki, Yaponiya hökuməti 2000-ci ildən indiyədək Gəncədə 12 layihə həyata keçirib. Bu layihələr əsasən təhsil, səhiyyə, eləcə də bir çox sahələri əhatə edib. Sonra Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək, ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, indiyədək “Ot kökləri və insan təhlükəsizliyi qrand yardım proqramı” çərçivəsində Azərbaycanda imzalanmış müqavilələrin sayı 200-ü keçib və bu layihələrə Yaponiya hökuməti 17.133,475 ABŞ dolları həcmində vəsait sərf edib. Sonda rəmzi lent kəsilib və iştirakçılar idman zallarında yaradılan şəraitlə tanış olublar. Burada yapon idman növləri olan cüdo və karate üzrə 130 idmançı nümunəvi çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info