Bir ayda 132 sahibkara 21.4 milyon manat güzəştli kredit
Tarix: 31.01.2013 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarların müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir. Dünən fond Xəzər rayonunun Binə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə 70-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Binə qəsəbəsində İstixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Sonra öz işinə başlayan “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun və istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanıb.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Ələkbər Heydərov Prezident İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Xəzər rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Xəzər rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr və 2013-cü ildə fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələr barədə məlumat verib. Bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 415 investisiya layihəsinin maliyyələşdirilməsinə 82.6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info