Qusarda “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirilib
Tarix: 14.07.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Qusarda yerli gənclər və dini icma rəhbərləri üçün “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə təşkil edilib. Mühazirəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə olub.
Multikulturalizm Mərkəzindən bildiriblər ki, rayondakı Gənclər evində keçirilən mühazirədə iştirakçıların diqqəti multikulturalizm anlayışının mahiyyətinə, bu sahədə Azərbaycan dövlətinin yürütdüyü siyasətə, həyata keçirdiyi tədbirlərə cəlb edilib. Multikulturalizm dəyərlərinin müasir Azərbaycan cəmiyyətində rolundan danışılıb, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verilib. Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərindən söz açılaraq dünyadakı mövcud modellərlə müqayisəli təhlillər aparılıb.
Qusar Rayon İcra Hakimiyyətinin və yerli media orqanlarının təmsilçilərinin iştirak etdikləri tədbirdə gənclərimizin tərbiyəsində belə mühazirələrin mühüm rol oynaya biləcəyi xüsusi vurğulanıb və dini fikirdə radikallığa qarşı maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılıb.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info