İki qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası həyata keçirilib
Tarix: 14.07.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətlərin göstərilməsi üçün akkreditasiya olunmuş daha iki qeyri-dövlət yardım mərkəzinə (“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinə və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi) akkreditasiya attestatları verilib. Attestatların təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiya olunması yönündə aparılan işlərdən bəhs edib. İ.Rəhimov bildirib ki, Komissiyaya müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üçün ən vacib şərtlərdən biri onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasıdır. Akkreditasiya prosesində bu meyarlara xüsusi diqqət yetirilir. Nazirlikdə fəaliyyət göstərən, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət Komissiya tərəfindən artıq 10 qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub.
ƏƏSMN-nin rəsmi www.mlspp.gov.az saytının ön səhifəsindəki “Akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzləri” bölməsində həmin mərkəzlər barədə məlumatlar, onların yerləşdikləri ünvanlar, telefon nömrələri, e-ünvanları və s. əksini tapıb. Bu mərkəzlərin əsas fəaliyyəti yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə edilməklə törədilən zorakılığın və onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə və s. yönəlib.
Adıgedən ictimai birliklərin rəhbərləri akkreditasiya prosesinin şəffaflıq şəraitində və obyektiv aparılmasından razılıqlarını ifadə edib, onlara göstərilən etimadı özlərinin uğurlu fəaliyyətləri ilə layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.


İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info