Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi üçün tapşırıqlar verilib
Tarix: 14.07.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Daxili Qoşunların Hərbi Şurasının növbəti iclası keçirilib.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar komandanlığından verilən məlumata görə, Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın “2015-ci ilin birinci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və ikinci yarımilində qarşıda duran vəzifələr"ə həsr olunmuş iclası keçirilib. İclasda Daxili Qoşunların hərbi hissə komandirləri və onların 1-ci müavinləri-Qərargah rəisləri iştirak edib.
İclasın gündəliyində duran məsələləri elan edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə demokratik idealların cəmiyyətdə tam möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının, sabitliyin etibarlı təminatı, dünyada baş verən böhran fonunda ölkənin iqtisadi potensialının artması dünyada ilk dəfə olaraq l Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsinə səbəb olub və ölkəmiz bu tədbiri təşkilatçılıq baxımından yüksək səviyyədə keçirərək, idman nailiyyətləri ilə böyük zəfər qazanıb.
İclasda Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov 2015-ci ilin birinci yarımilliyində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları və ikinci yarımilliyində qarşıda duran vəzifələr barədə məruzə edib. Məruzədə vurğulanıb ki, Daxili Qoşunların şəxsi heyəti hesabat dövründə daxili işlər orqanlarının əməkdaşları ilə birgə ictimai qaydaların qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində fəal iştirak edib, qarşıya qoyulan vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlib.
Hərbi Şurada bir sıra hərbi hissələrin komandirləri tərəfindən çıxışlarda mövcud nöqsanlar təhlil edilərək bildirilib ki, şəxsi heyət onlara həvalə edilmiş bütün tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirib, bu istiqamətdə əzmkarlıq bundan sonra da qorunub saxlanılacaq.
İclasa yekun vuraraq Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi, döyüş təliminin keyfiyyətinin yüksəldilməsi və hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətində bundan sonra da konkret və əməli tədbirlər həyata keçirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətinliklə dayanacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info