Ekspert: “Hotellərdə xidmət səviyyəsi yuxarı qaldırılmalıdır”
Tarix: 14.07.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda “iki”, “üç” ulduzlu hotellərin inşası çox qısa zaman ərzində həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin. Bunu “Trend”ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, rayonlardan Bakıya, eyni zamanda qonşu respublikalardan Azərbaycana gələn aztəminatlı şəxslər daha ucuz hotellərdə qalmaq istəyirlər: "Ancaq belə hotellər olmadığından onların çoxu evlərdə kirayə qalırlar. Bu, onların təhlükəsizliyini və dövlətə vergilərin ödənilməsi məsələsini arxa plana keçirir".
M.Ağakərimov bildirib ki, qonşu Türkiyə və İranda olduğu kimi, Azərbaycanda da “iki”, “üç” ulduzlu hotellərin qiymətləri münasib olmalıdır. Onun sözlərinə görə, belə hotellərdə qiymətlər aşağı olduğundan xidmətlərin ceşidləri də az olur: “Hotellərdə xidmət səviyyəsi yuxarı qaldırılmalıdır. Bu, o demək deyil ki, hotel “iki”, “üç” ulduzludursa, orada xidmət aşağı olmalıdır. Həmin hotellərin də öz standartları var”.
Qiymətlərin baha olmasının Azərbaycanda turizmin inkişafına mane olduğunu deyən mütəxəssisin fikrincə, xidmət səviyyəsi yuxarı, qiymət isə münasib olarsa, bu, ölkədə turizmin inkişafında mühüm rol oynaya, ölkəyə gələn turistlərin də sayının artmasına təsir göstərə bilər: “Təbii ki, Azərbaycana gələn turistlər hotellərdə, eyni zamanda, aviabiletlərin qiymətlərinin baha olduğunu gördükdə bunu öz ölkələrində danışırlar. Nəticədə bu, Azərbaycana daha az turistin gəlməsinə səbəb olur. Ona görə də bu məsələ tez bir zamanda həll olunmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info