“Qiymətin baha olması hemofiliyalı xəstələr üçün dərman çatışmazlığı problemini yaradan əsas səbəblərdəndir”
Tarix: 14.07.2015 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı hemofiliyalı xəstələr üçün dərman çatışmazlığı problemini yaradan əsas səbəblərdən biri dərmanların qiymətinin baha olmasıdır”. Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkədə satılan dərmanların qiymətlərinin baha olması haqqında söylədiyi fikrə münasibət bildirərkən deyib. Assosiasiya sədri bildirib ki, dövlət hemofiliyalı xəstələr üçün dərmanları sosial proqramlar çərçivəsində alır: "Lakin həmin dərmanlar Səhiyyə Nazirliyinin elan etdiyi tenderdə udan yerli distributorlar tərəfindən xarici ölkələrin dərman şirkətlərindən alınır və onlar tərəfindən daha baha qiymətə dövlətə satılır. Qiymətin baha olması hemofiliyalı xəstələr üçün dövlət büdcəsi hesabına alınan dərmanların yetərincə olmamasına gətirib çıxarır. Bu səbəbdən də hemofiliyalı xəstələr onların həyatı üçün vacib olan dərman preparatları ilə yetərincə təmin oluna bilmirlər".
G.Hüseynova deyib ki, Azərbaycanın dövlət büdcəsindən hər il hemofiliyalı xəstələr üçün təxminən 10 milyon manat maliyyə vəsaiti ayrılır: “Bu pulla iki dəfə çox faktor konsentratı dərman preparatı almaq mümkündür. Bu vəsaitlə hətta tədbirlər planında nəzərdə tutulan digər işləri də görmək olar. Lakin yerli distributorlar höküməti baha qiymətə dərmanlarla təchiz edirlər. Biz necə ildir ki, bu problemi gündəmə gətirmək istəyirik. Ölkə başçısına təşəkkür edirik ki, bu barədə ürək ağrısı ilə danışaraq diqqəti problemə yönəltdi”.
Qeyd edək ki, hazırda Azərbaycanda 1500-dən çox hemofiliyalı xəstə qeydiyyatdadır. Onların 612 nəfəri bütün həyatları boyunca daim müalicə olunmalıdır. Əks halda, onlar sağlam həyat tərzi sürə bilməz və ağır dərəcəli əlil ola bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info