Tələbələr “Təmiz Şəhər“də təcrübə keçirlər
Tarix: 14.07.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri "Təmiz Şəhər" ASC-də təcrübə keçirlər. Altmışa yaxın tələbə 10-15 iyul tarixlərində ASC-in müəssisələrində olacaq, Bakıda tullantıların necə idarə edilməsi ilə yerində və əyani tanış olacaqlar.
ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bu təcrübə proqramı təhsil müəssisəsi ilə cəmiyyət arasında ötən il imzalanmış əməkdaşlıq memorandumuna əsasən keçirilir. Razılaşmaya görə, tərəflər təhsil, elm, ixtisas artırma, əmək məşğulluğu sahəsində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq isə ölkə Prezidentinin 2013-cü ildə imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nın əsasında həyata keçirilir.
Universitetin Ekologiya mühəndisliyi kafedrasının tələbələri təcrübə zamanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi zavoduna baş çəkirlər. Burada Bakıdan yığılmış tullantılar qəbul edilərək çeşidlənir. Tullantının tərkibindəki metal, şüşə, kağız, plastik kimi materiallar ayrılır və təkrar emala yönəldilir. Tələbələr öyrəndi ki, bu zavodda il ərzində 200 min ton tullantı çeşidlənir.

Təcrübəçilər Bərk Məişət Tullantılarının Yandırılması zavodunda da çox maraqlı məlumat öyrəndilər: bu zavod ölkəyə 100 min evi elektriklə təmin edə biləcək enerji verir. Bunun hamısı paytaxtdan yığılan tullantıların yandırılmasından əldə olunur. Təkrar emala yararlı olmayan tullantılar bu zavoda nəql edilir və burada yandırılaraq elektrik enerjisi hasil olunur. Yandırma zavodunda il ərzində 500 min ton tullantı yandırılır. Tələbələr bütün bu prosesin necə həyata keçirildiyini müşahidə edirlər.

Tələbələrin baş çəkib işini öyrəndikləri digər məkan isə tullantıların zərərsizləşdirilməsi poliqonudur. Burada çeşidləməyə və yandırmaya yaramayan tullantılar basdırılır və üzəri xüsusi materiallarla ikiqat izolyasiya edilir. Əvvəllər Bakıdan yığılan tullantılar bir başa bu əraziyə atılırdı. Üzəri qapanmayan tullantılar isə ekoloji problemlər yaradırdı. Tullantıların çürüməsindən, yandırılmasından yaranan mənzərə və qoxu isə əraziyə yayılırdı. Təcrübəçilər son 4-5 ildə ərazinin necə dəyişdiyini özləri görərək bu sahədə böyük işlərin hansı formada aparıldığını öyrənirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info