Yaponiyanın ölkəmizdəki səfiri Göyçayın Qızılağac kəndində tibb məntəqəsinin açılışında iştirak edib
Tarix: 14.07.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Göyçayın Qızılağac kəndində tibb məntəqəsinin inşası” layihəsinin icrası başa çatıb.
Binanın açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və təşkilatların kollektivləri, səhiyyə işçiləri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, ümumi dəyəri 103 min 77 dollar olan layihə çərçivəsində Qızılağac kəndində yerli əhali və ətraf yaşayış məntəqələrinin sakinləri üçün yeni tibb məntəqəsi inşa edilib. Layihənin icrası kənddə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək.
Səfir Tsuquo Takahaşi çıxışında bildirib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Göyçayda 5 layihə həyata keçirilib. Belə ki, Göyçay şəhərinin su təchizatı sisteminin təkmilləşdirilməsi, 2003-cü ildə Alpoud kəndində məktəb binasının inşası, 2010-cu ildə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının binasının əsaslı təmiri, 2012-ci ildə Göyçay şəhər internat məktəbində və şəhər 6 saylı orta məktəbdə gigiyenik şəraitin yaxşılaşdırılması və Qızılağac kəndində tibb məntəqəsinin inşası ilə bağlı keçirilən layihələrə ümumilikdə 476 min 567 ABŞ dolları məbləğində vəsait ayrılıb. Proqram çərçivəsində ölkəmizdə isə ümumilikdə 201 layihə həyata keçirilib. Həmin layihələrin icrası üçün 17 milyon 133 min 475 ABŞ dolları məbləğində vəsait sərf edilib.
Çıxışlardan sonra tibb məntəqəsi üçün tikilən yeni binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilib, səhiyyə ocağında yaradılan şəraitlə tanışlıq olub. Məlumat verilib ki, birmərtəbəli tibb məntəqəsinin binasında terapiya, doğuş, stomatologiya və pediatr otaqları fəaliyyət göstərir. Səhiyyə ocağında Qızılağac və ətraf kəndlərin sakinlərinə xidmət üçün hər çür şərait yaradılıb.
Xatırladaq ki, hazırda Göyçayda 16 kənd həkim, 31 kənd tibb və bir kənd sahə məntəqəsi fəaliyyət göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info