Jurnalistlər mükafatlandırıldılar
Tarix: 14.07.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Komitə sədri: “Milli kimliyimizin təbliğində jurnalistlərin gördüyü işləri yüksək dəyərləndirirəm”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, mətbuatda mili-mənəvi dəyərlərin qorunması mövzusuna geniş yer ayrılması vacibdir. O, informasiya texnologiyanın inkişaf etdiyi bu dövrdə mili-mənəvi dəyərlərin qorunmasının mühüm vəzifə olduğunu bildirib: “Xalqımız mili-mənəvi dəyərləri qorumaqla, informasiya texnologiyalarına yiyələnməlidir. Bu baxımdan bu gün nəticələri açıqlanan müsabiqə vacib və maraqlı mövzuya həsr edilib”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlər müsabiqədə çox böyük həvəslə iştirak ediblər: “Milli kimliyimizin təbliğində jurnalistlərin gördüyü işləri yüksək dəyərləndirirəm. Müsabiqədə iştirak edən jurnalistlərə təşəkkür edirəm. Avqust ayının sonlarında 3 gün ərzində bölgələrin birində Mətbuat Şurası ilə birlikdə jurnalistlər üçün treninq də təşkil edəcəyik”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov sovet dövründə Ağdamşəhərində məscidin fəaliyyət göstərdiyini xatırladıb: “Sovet dövründə o məscidə gedib, “Quran”ın altından keçirdik. Milli və mənəvi dəyərlər bir-biri ilə qarşılıqlı əlaqədədir”.
Daha sonra müsabiqənin qalibləri açıqlanıb. Qaliblərə pul mükafatları ilə bərabər “Quran” və Heydər Əliyevin mili-mənəvi dəyərlərlə bağlı çıxışlarının yer aldığı kitab hədiyyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info