Quba gəncləri arasında ekoloji maarifləndirmə aparılır
Tarix: 14.07.2015 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
“Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, tədbir Quba Dövlət Sosial İqtisad Kollecində Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qubatov və Kollecin tələbələrinin iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açıb. T. Turabov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb. Layihə rəhbəri respublikamızda uğurla keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarından, qısa vaxt ərzində dövlətimiz tərəfindən “Bakı-2015” üçün bütün hazırlıqların yüksək səviyyədə təşkil olunmasından, bütün dünyanın diqqətinin Azərbaycana yönəlməsindən danışıb. 2010-cu ilin Prezident tərəfindən ölkəmizdə Ekologiya ili elan edilməsini deyən T. Turabov Ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərinin aparıldığını qeyd edib.
Layihə rəhbəri qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılıb və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub, o cümlədən də Quba rayonu. Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda rəhbəri olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra söz Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qürbətova verilib. Q. Qürbətov sözügedən layihənin həyata keçirilməsinin bu günün tələblərindən olduğunu vurğulayıb. Dövlət başçısı İlham Əliyev tərəfindən gənclər və onların potensialının inkişafı üçün yaradılan yüksək şəraitdən danışıb. Məsləhətçi Quba rayonunda təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu qeyd edərək gəncləri bu layihədən səmərəli faydalanmağa səsləyib.
Daha sonra Kollecin tələbələri Amaliya Hacıyeva və Nərminə Məlikova çıxış ediblər. Tələbələr bu kimi əhəmiyyətli layihənin onların Kollecində keçirilməsindən məmnun olduqlarını və layihə çərçivəsində keçirilən maarifləndirici tədbirdən faydalandıqlarını bildiriblər. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Sonda tələbələrə layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info