Kolumbiyanın səfiri ADNA- da olub
Tarix: 14.07.2015 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


İyulun 14-də Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanovla görüşüb.
V.Qurbanov Assad Jose Gaterə ölkədə neft mühəndisləri üzrə ixtisaslaşmış və böyük tarixi ənənələri olan ilk ali təhsil müəssisəsi və burada təhsil alan xarici tələbələr haqqında ətraflı məlumat verib. Professor eləcə də Kolumbiyanın neft yataqları ilə zəngin öklə olduğunu qeyd edərək, gələcəkdə neft mühəndisliyi sahəsində olan təcrübələrini qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirməyi məqsədəuyğun sayıb.
Assad Jose Gater öz növbəsində ADNA ilə qurulan əməkdaşlıq əlaqələrinin müsbət əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini, eyni zamanda ölkəsinin təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Səfir bildirib ki, belə əlaqələrin qurulması və inkişafı gələcəkdə Azərbaycan - Kolunbiya dostluq cəmiyyətlərinin yaradılmasına, birgə əməkdaşlıqlara, tələbə - müəllim mübadiləsinə geniş imkanlar yarada bilər. Görüşdə hər iki tərəf Kolunbiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün bütün imkanlardan yararlanmağı vacib məsələ kimi önə çəkiblər.
Sonra səfir ADNA-nın Tarix Muzeyi ilə tanış olub və sonra fəxri qonaqlar üçün nəzərdə tutulan kitaba öz ürək sözlərini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info