Azərbaycan öz maraqlarını qətiyyətlə müdafiə edəcək
Tarix: 14.07.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda ölkə başçısı bəzi sosial problemləri qabartmaqla yanaşı bir sıra vacib mesajlar verdi. Xarici siyasətlə bağlı dolğun çıxış edən İlham Əliyev son zamanlar beynəlxalq təşkilatlar və bəzi ölkələrin Azərbaycana qarşı haqsız, ədalətsiz qərar və təzyiqlərini də qınadı. Prezidentin məlum fikirlərinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qərəzli münasibətlərinə görə Azərbaycanın bu təşkilatlarla əlaqələrinə yenidən baxılması vaxtının çatdığını dedi:
“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı bir çox vacib məqamları ilə diqqəti cəlb etdi. Dövlət başçısının çıxışı xalqımızın milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir. Qətiyyətimizin əsasını isə Prezidentin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir.
Bir daha dünyaya Azərbaycanın öz maraqlarını qətiyyətlə müdafiə edəcəyi bəyan edildi. Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi. AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlara əlaqələrinə yenidən baxmalıdır.
Cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət Prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info